“Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, hazırda akademiya islahatlar paketini hazırlayır: “Paketdə müxtəlif struktur dəyişikliyi olması nəzərdə tutulub”.
“Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunun birləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğrudurmu?” – sualına cavabında isə İ.Həbibbəyli hansı struktur dəyişikliyi olması barədə əvvəlcədən məlumat vermək istəmədiyini deyib.