Bakı Şəhər Halqası ilə “Formula 1” Şirkətlər Qrupu arasında yeni müqavilə imzalanıb. bununla bağlı təşkil olunan tədbirdə Gənclər və İdman Naziri məlumat verib. O bildirib ki, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

Daha sonra Formula 1-in baş icraçı direktoru Çeys Keri ilə Azad Rəhimov yeni müqaviləni imzalayıblar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən “Formula 1″in təqviminə daxil olub.