Sinqapurun “Scoot” aviaşirkətinə məxsus “Boeing 787” sərnişin təyyarəsi havaya qalxdıqdan üç saat sonra pilotların kabinəsindəki pəncərədə yaranan çat səbəbindən geriyə qayıtmalı olub.
“Elitinfo.az” xəbər verir ki, bu barədə “The Straits Times” nəşri yanvarın 31-də aviaşirkətin bəyanatına istinadla məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb, kabinədə və təyyarənin salonunda təzyiq icazə verilən səviyyədə olub.
Əlavə olaraq qeyd edilir ki, Sinqapurdan Avstraliyanın Qold-Kost şəhərinə uçan təyyarənin göyərtəsində 341 sərnişin olub. Təyyarə “Çanqi” hava limanına geri döndükdən bir neçə saat sonra sərnişinlər ehtiyat təyyarə ilə yola düşüblər.