İstanbulun “Qalatasaray” futbol klubu heyətini iki hücumçu ilə gücləndirib. “Elitinfo.az” klubun saytına istinadla xəbər verir ki, komanda Fransanın təmsilçisi “Marsel”in hücumçusu Konstantinos Mitroqlunu və “Kasımpaşa”nın seneqallı forvardı Mbaye Diaqneni transfer edib.

Otuz bir yaşlı K.Mitroqlu ilə 2020-ci ilin yayınadək qüvvədə olan müqavilə imzalanıb. Futbolçu cari mövsümdə Marsel təmsilçisinin heyətində 20 oyun keçirib və 3 dəfə fərqlənib. O, Yunanıstan millisinin heyətində 65 oyunda 17 qol vurub.

Mbaye Diaqne isə cari mövsümdə Türkiyə Super Liqasında 17 oyunda 20 qol vurub və 2 məhsuldar ötürmə verib.