Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “Mercedes Benz E 220 CDI” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Elitinfo.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol qanadlarında gizlədilmiş 3400 ədəd “Marlboro Gold” və 200 ədəd “Malimbo” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.