“UNEC-də bir gün” layihəsi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri bu ali təhsil müəssisəsində olublar.

Universitetdən bildirilib ki, qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr UNEC-lə tanışlıqdan sonra Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin (DQƏTM) qiyabi təhsil şöbəsinin dərsində iştirak edərək, “İaşə müəssisələrinin texnoloji layihələndirilməsi” mövzusunda mühazirə dinləyiblər.

Mühazirədən sonra DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev onlara UNEC-dəki yeniliklər, qiyabi təhsil şöbəsinin fəaliyyəti, ixtisaslar, imtahanlar, tədris prosesi barədə ətraflı məlumat verib. UNEC-də texniki və texnoloji ixtisaslar üzrə yeni standartlara uyğun, müasir laboratoriyalarla təchiz olunmuş yeni tədris binasının inşa olunduğunu diqqətə çatdıran S.Tanrıverdiyev onlara peşə təhsillərini bitirdikdən sonra ali təhsil almağı tövsiyə edib.