Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşına polkovnik rütbəsi verilib. “Elitinfo.az”   xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib.

O, gəlininin həyat yoldaşı üçün bişirdiyi tortun fotosunu paylaşıb və ürək sözlərini yazıb: “Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi… Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq! Doğum günün mübarək”.

Qeyd edək ki, cütlüyün iki qızı və iki oğlu var.