Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampla görüşməyə hazırdır.
Bu barədə Latın Amerikası ölkələrinin mediası Venesuela xarici işlər naziri Xorxe Arreasuya istinadən məlumat yayıb.

“Ölkələrimiz arasındakı münasibətlərin sülhpərvər olması üçün hətta şeytanın özü ilə görüşmək lazım olsa belə, bunu edəcəyik”, – deyə nazir vurğulayıb.

O həmçinin bildirib ki, dolayı yolla Vaşinqton Maduronun hakimiyyətini tanıyır, çünki ABŞ mütəmadi olaraq Venesuela Xarici İşlər Nazirliyi ilə diplomatik nota mübadiləsi həyata keçirir.