Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Elitinfo.az”-a bildiriblər ki, qurumun, 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş Bərdə şəhər sakini Həsənov Şamxal Fəqani oğlu saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Penitensiar Xidmətin, 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakininə qarşı quldurluq etmiş Lənkəran şəhər sakini Niftullayev Namiq Akif oğlu Binəqədi rayonunda saxlanılaraq Nizami Rayon Polis İdarəsinə təhvil verilib.