Xəbər verildiyi kimi Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən ənənəvi Dünya İqtisadi Forumunun kuluarlarında Rusiyanın “Rossiya 1” telekanalının əməkdaşı Nailə Əsgərzadəyə ayaqüstü müsahibə verib. Müsahibədən bir parça ötən gün yanvarın 27-də axşam “Vesti nedeli” proqramında efirə gedib. Telekanal müsahibənin tam versiyasını bu gün yanvarın 28-də axşam efirə verəcək.
Müsahibədə İlham Əliyev beynəlxalq arenadakı, o cümlədən beynəlxalq ticarətdə və ölkələr arasındakı münasibətlərdə hazırkı situasiyanı şərh edib. Hansı ki, aparıcının fikrində bu münasibətlərdə qaydalar sadəcə olaraq yoxdur.
“Qaydaların olmaması və ya onların pozulması əlbətdə, nəticələr doğurur. Yəni etimad sarsılır, ölkələr arasında qarşılıqlı münasibətlərin səviyyəsi aşağı düşür. Əksinə, bu müəyyən münaqişələrə, mürəkkəbləşmələrə, bir çox ölkələr arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Bugünkü mənzərəni müşahidə etmək kədərlidir, xüsusən də bu bayaq dediyim kimi, həm beynəlxalq münasibətlərə, həm iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Həm etimad sarsılır, biznes aparmaq mürəkkəbləşir, proseslərin öncədən proqnozlaşdırılması pozulur”-Azərbaycan prezidenti deyib.