ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb. “Elitinfo” xəbər verir ki,, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilir ki, şənbə günü səhər Yeni Orleandan qərbdə iki yerdə atışma qeydə alınıb.
Livinqston dairəsində silahlı insident nəticəsində 3 nəfər, Asensyon dairəsində 2 nəfər öldürülüb. Polis bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu güman edir.
Şübhəli bilinən 21 yaşlı şəxs azadlıqdadır, o silahlı və təhlükəlidir, onu polis axtarır.