Rəqqasə Oksana Rəsulovanın bibisinin Xoşqədəm Hidayətqızının verilişinə çıxması qalmaqala səbəb olub.
“Elitinfo” xəbər verir ki, mülk problemi olan qadın verilişin aparıcısından kömək istəyib. Amma nədənsə 2 gün efirə çıxarılan qadının demək olar ki, ancaq qohumluq əlaqəsi barəsində danışılıb. Çünki onun qohumu rəqqasə Oksana Rəsulovadır.
Xoşqədəm Hidayətqızının başı qohumluq əlaqələrinin qabardılmasına qarışdığı üçün özünü Oksananın bibisi kimi təqdim edən qadının adını belə iki gün ərzində səsləndirməyib. Növbəti gün yenə verilişin bir neçə dəqiqəsi həmin xanıma ayrılıb və bu dəfə də mövzu dəyişməyib.
Rəqqasənin bibisi bildirib ki, 24 ildir Oksana ilə əlaqəsi yoxdur. Amma bu verilişə çıxandan sonra onlar telefonla danışıblar. Oksana onu efirə çıxdığı üçün qınayıb: “Mən zəng elədi. Dedim qızım səhv eləmişəm, qohumluq əlaqəmizi demişəm. Mən öz mülki məsələmi həll etməyə gəlmişəm. Oksana dedi ki, məni tanımır. Qohum olduğumuzu dediyim üçün məni qınadı. Canı sağ olsun, qardaşımın qızıdır”.
Daha ətraflı videolarda: