Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Avstraliyanın “Sentral Kost Mariners” klubundan ayrılacaq.
“Elitinfo.az ” xəbər verir ki, o, klubun təklif etdiyi müqavilə şərtləri ilə razılaşmayıb.
Avstraliya təmsilçisi idmançıya illik 150 min dollarlıq maaş təklif edib. Bolt isə 3 milyon dollar qazanmaq istəyir. Tərəflər bu məsələ ilə bağlı razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Useyn Bolt “Sentral Kost Mariners” klubunda baxışda olub. Yamaykalı idmançı yoxlama matçında iki qola imza atıb. Bolt daha öncə Maltanın “Valletta” klubunun da təklifini rədd edib.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16