Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
“Elitinfo.az” xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.
Erməni KİV-ləri ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş qeyri-formal görüşə dair qısa videogörüntüləri yayıb. Kadrlara əsasən görüş Dünya İqtisadi Forumunun keçirildiyi binanın otaqlarından birində baş tutur. Qeyri-formal müzakirələrin təfərrüatları məlum deyil.
Nikol Paşinyan özünün Facebook səhifəsində görüşün saat yarım çəkdiyini və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu yazıb.