Ötən gün aktyor Cavidan Novruzun “Təhminə və Zaur” serialını çəkən “Media Master” şirkətinə qarşı paylaşdığı etiraz videosuna xalq artisti Firəngiz Mütəllimova da rəy bildirib.

“Elitinfo.az” xəbər verir ki, aktrisa serial və film sahəsində peşəkarların az olduğuna işarə vurub:“Bu işdə peşəkar və həvəskarlar var, əzizim. Aktyorun haqqını yeyən, heç vaxt xeyir görməyib”.