“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın beynəlxalq sahədə ən mühüm tərəfdaşlarından biridir. Bu qurumla əməkdaşlıq modelimiz FAO-nun digər üzvləri üçün də müsbət nümunə ola bilər”.
“Elitinfo.az” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimində bildirib.
Nazir həmçinin deyib ki, hazırda rəhbərlik etdiyi qurum FAO ilə birgə 6 layihənin icrasını davam etdirir, daha 4 layihənin isə icrasına başlanılması gözlənilir.
Bundan başqa, İ.Kərimovun sözlərinə görə, ötən il Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi 4,6% artıb, ət və süd məhsulları ilə özünü təmin etmə səviyyəsi 90%-ə çatıb, bütün növ meyvə-tərəvəzlər üzrə təminat göstəricisi 100%-dən çox olub.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16