Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Agentlikdən “Elitinfo.az”-a bildirilib ki, əvvəlcə 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də xalqımızın istiqlal yolunun zirvəsi olduğunu qeyd ediblər. Vurğulanıb ki, 20 Yanvar faciəsi heç vaxt unudulmayacaq, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Anım mərasimində Qanlı Yanvar faciəsi haqqında film nümayiş olunub.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16