Aparıcı Rövşanə Ağasəfqızı şou-biznes nümayəndələrini tənqid edib. 
Aparıcı “Səhər-səhər” verilişində şou adamlarını mənəviyyatsız adlandırıb: “Şou-biznes adamlarına güvənmirəm. Bu sahənin nümayəndələrində maddiyat mənəviyyatı üstələyir. Hər sahədə bu cürləri var, amma bu, şou-adamlarında daha çox qabarıqdır. Toya, 5 manata, mahnıya görə bir-birinə badalaq gələnləri o qədər görürük ki… Onlara dost deyib güvənmək olmaz. Mən də onlardan uzaq dururam”.