Bu gün Niderlandın Veyk aan Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirində VI turun görüşləri baş tutacaq.Şəhriyar Məmmədyarov bu tur norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
“Elitinfo.az” xəbər verir ki, Şəhriyarın aktivində 2,5, Karlsendə isə 3 xal var.
Digər şahmatçımız Teymur Rəcəbov isə turnir cədvəlinin liderlərindən olan çinli Dinq Lirenlə görüşəcək. Teymur da Şəhriyar kimi, beş tura 2,5 xal toplayıb.
Qeyd edək ki, turnir cədvəlinə Dinq Liren və rapid üzrə dünya çempionu rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Hər iki şahmatçı 3,5 xala malikdir.