Azərbaycan alimlərinin II qurultayı 2019-cu ilin noyabr ayında keçiriləcək. “Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yanvarın 17-də keçirilən iclasında deyib.
A.Əlizadə bildirib ki, 2014-cü il dekabrın 19-da Azərbaycanda və regionda ilk dəfə olaraq Azərbaycan alimlərinin I qurultayı keçirilib. O qeyd edib ki, Azərbaycan alimlərinin I qurultayı ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək verilməsi, Azərbaycan elminin beynəlxalq elmi tələblərə uyğunlaşdırılması və dünya elminə inteqrasiyası, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
İclasda Azərbaycan alimlərinin II qurultayının bu ilin noyabr ayında keçirilməsinə dair qərar qəbul olunub. Həmçinin, tədbirin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
İclasda həmçinin, martın 27-də ilk dəfə olaraq ölkədə “Elm günü”nün qeyd olunacağı bildirilib.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16