Yanvar ayından başlayaraq, “İran AİR” şirkəti Təbriz-Bakı-Təbriz istiqamətində uçuşlar həyata keçirməyə başlayıb. Axar.az xəbər verir ki, reyslər həftənin 1-ci və 4-cü günləri həyata keçirilir. Təyyarə yerli vaxtla səhər saat 09:40 Təbrizdən Bakıya uçur və həmin gün 19:50-də Bakıdan Təbrizə qayıdır.

Birtərəfli biletin qiyməti 115, ikitərəfli isə 215 manatdır.
Reyslər ATR tipli təyyarələrlə yerinə yetirilir.