Müğənni Gülben Ergen İnstaqram hesabında arxiv fotosunu paylaşıb.
Türkiyə mətuatı xəbər verir ki, ifaçı 15 yaşında çəkilmiş şəklini izləyiciləri ilə bölüşüb. Gülben 32 il öncə lentə alınmış fotoya bu sözləri yazıb: “İl 1987. Əllər beldə, bayramlıq kofta, su keçirən saat, balaca sırğalar ilə poz verə bilməsəm də, amma üzümdə həmişəki kimi gülüş var”.
Şəkli görən sosial şəbəkə istifadəçiləri sənətçinin gülüşünün heç dəyişmədiyini bildiriblər.