“İlk DOST Mərkəzi bu ilin ilk rübündə açılacaq”.“Elitinfo.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, DOST Mərkəzinin açılması ilə bağlı bəzi işlər yekunlaşdırılıb: “Onun bütün hüquqi bazası qurulub. Xidmətlərin göstərilməsi qaydası təsdiq edilib. İndi ilk DOST Mərkəzinin yerləşəcəyi binada təmir işləri yekunlaşma ərəfəsindədir”.