“Fənərbaxça” qış fasiləsində ilk transferini gerçəkləşdirib. “Elitinfo.az”-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Malatyaspor”dan Sadik Çiftpınarı heyətinə qatıb. Məlumatı Malatya təmsilçisinin prezidenti Adil Gevrek və oyunçu özü də tədiqləyib. “Sarı-lacivərdlilər” 26 yaşlı futbolçuya görə Yiğithan Güveli və Barış Alıcını qarşı tərəfə verib. Sonuncu “Malatyaspor”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, bu mövsüm 16 oyunun 11-də meydana start heyətdə çıxan S. Çiftpınarla bu gün rəsmi müqavilə bağanacaq.