Bakıda ofisdən 3000 manat oğurlamaqda təqsirləndirilən Vadim Sedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Elitinfo.az” xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüqar Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, oğurluq hadisəsi ötən il avqustun 1-də Nərimanov rayon ərazisində baş verib. Rəsmi məlumata əsasən, V.Sedov rayon ərazisindəki ofislərin birindən 3000 manat və mobil telefon oğurlayıb.
Nərimanov rayon Polis idarəsi 16-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Sedov saxlanılıb.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16