Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaşıqçının qətlində ittiham edilən 5 nəfərin edam cəzasına məhkum edilməsini istəyib. “Elitinfo.az” xəbər verir ki, məlumatı “360” telegram-kanalı yayıb.

Xatırladaq ki, səudiyyəli jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda müəmmalı şəraitdə öldürülmüşdü.