Elitinfo.az xəbər verir ki, Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü münasibətilə oktyabrın 23-də rəsmi qəbul keçiriləcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən təşkil olunan (TDƏŞ) qəbula rəsmi şəxslər, TDƏŞ-ə üzv ölkələrin Türkiyədəki səfirləri, səfirliklərin kollektivi, Ankaradakı beynəlxalq təşkilatların rəhbərləri, paytaxt ictimaiyyətinin tanınmış simaları dəvət olunublar.

Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçılarının 2010-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX zirvə görüşündə hər il bu tarixin Türkdilli Dövlətlərin Həmrəylik Günü kimi qeyd olunması qərara alınıb.