Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində 13 partiyanın namizədləri mübarizə aparacaq. “Elitinfo.az” “Hurriyet”ə istinadən xəbər verir ki, siyahını ölkənin Ali Seçki Şurası açıqlayıb.
Bunlar hakim Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratik Partiya, Demokratik Sol Partiya, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası, İyi Partiya, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Türkiyə Kommunist Partiyası və Vətən Partiyasıdır.
Şuradan bildirilib ki, bələdiyyə üzvlüyünə namizədlərin siyahısı martın 3-dək açıqlanacaq.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16