2014-cü ilin avqustundan bəri ABŞ koalisiyasının Suriya və İraqda apardığı antiterror əməliyyatlarında ən azı 1139 dinc sakin ölüb. “Elitinfo.az” xəbər verir ki, bu barədə elə koalisiyanın bəyanatında deyilib.
“2014-cü ilin avqustundan 2018-ci ilin noyabrına kimi koalisiya 31 min 406 aviazərbə endirib. Bu period ərzində minium 1139 dinc sakin yalnışlıqla öldürülüb”, – deyə bildirilib.
O da əlavə edilib ki, koalisiya öz müttəfiqləri ilə birgə sözügedən tarixdən bəri Suriya və İraqda İŞİD-lə mübarizə apararaq, 8 milyona yaxın insanı xilas edib.