Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb. “Elitinfo.az” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Əlavə məlumat veriləcək.