Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akarla Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu arasında Moskvada görüş keçirilib.
Məlumatı “Haber7” yayıb.
Bildirilib ki, görüşdə Suriyadakı vəziyyət müzakirə olunub.
Qeyd edək ki, dekabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlə bağlı məlumat vermişdi.