Ukrayna Prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiyaların genişləndirilməsilə bağlı niyyətini açıqlayıb. Ukrayna Milli Təhlükəsizlik Şurasının iclası zamanı o, müvafiq sənədin layihəsinin artıq hazırlandığını və Şuraya təqdim olunduğunu bildirib.
Poroşenko Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mübarizədə qətiyyət nümayiş etdirməyin lazım olduğunu qeyd edib:
“Kiyevin nəzarətindən kənarda qalan Donetsk və Luqansk ərazisində qeyri-qanuni seçkilər keçirən, Qara dənizdə Ukraynaya məxsus gəmilərə təcavüz edənlərə qarşı sanksiyalar tətbiq edilməlidir”.
Ukrayna Prezidenti əlavə edib ki, bu qətiyyətli addımı dünyaya nümayiş etdirməlidirlər.
Poroşenko eyni zamanda bildirib ki, Ukraynanın hakimiyyət orqanları baş verən məlum hadisələrə Dövlət Dumasından siyasi dəstək verildiyi qənaətindədir və buna görə də Dumanın bir sıra deputatlarına qarşı sanksiyalar tətbiq olunacaq.
Qeyd edək ki, dekabrın 18-də Ukrayna hökuməti Rusiyanın bir sıra mallarına embarqo qoyaraq, bəzilərinin idxal rüsumunu isə uzatmışdı.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16