2018-ci ildə Fransanın ən yaxşı futbolçusu açıqlanıb. “Elitinfo.az” xəbər verir ki, “France Football” nəşri PSJ-nin hücumçusu Kilian Mbappeni bu ada layiq görüb.
20 yaşlı oyunçu “Qızıl Top” mükafatının səsverməsində isə 4-cü olub.
Qeyd edək ki, Kilian Mbappe bu il Fransa milli komandasının heyətində dünya çempionu olub.