Bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizə səfər etmiş əcnəbilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 151 min (6 faiz) artıb. Bununla da yanvar-noyabr aylarında ölkəmizə səyahət edən əcnəbi vətəndaşların sayı 2 milyon 500 minə çatıb.
“Elitinfo.az” xəbər verir ki, Dövlət Turizm Agentliyindən bildirilib ki, Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65 faiz təşkil edib.
Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.
Müsbət artım tendensiyası ilə yanaşı, azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 33 faiz azalıb.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16