Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefonla danışıblar.
“Elitinfo.az” xəbər verir ki, uzun sürən telefon söhbəti məhsuldar olub. Liderlərin Suriya və İŞİD-lə mübarizə mövzularını müzakirə etdikləri bildirilir.

“Biz İŞİD-i, Suriyadakı ümumi fəaliyyətimizi, ABŞ qoşunlarının oradan tədricən və koordinasiyalı çıxarılmasını müzakirə etdik… Biz, həmçinin əhəmiyyətli dərəcədə genişlənən ticarəti müzakirə etdik”, – Donald Tramp rəsmi Twitter səhifəsində belə yazıb.