ARB TV-nin “Səhər-Səhər” verlişininin növbəti qonağı meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşları olub.
“Elitinfo.az” xəbər verir ki, meyxanaçı qardaşlardan İntiqam Mehman Əhmədli ilə efirə gəlməmə səbəbindən danışıb: “Biraz ağrıyıram. Neçə dəfə yeni il tədbiri olub heç birinə gedə bilməmişəm. Mehmanla bizim söz-söhbətimiz yoxdur. 2 saat gedib o rentgenin kağızını gətirənə, oram-buram ağrayır deyənə kimi qısaca dedim ki, mən heç kimlə efirə çıxmıram. Mehman normal insandır. Mən onu neçə ildir ki, tanıyıram”.

Qeyd edək ki, Mehman Əhmədlinin olduğu verilişə qonaq kimi İntiqam Rüstəmov dəvət olunsa da, meyxanaçı bundan imtina etmişdi. Gəlməmə səbəbi kimi isə heç bir meyxanaçı ilə efirə çıxmadığını qeyd etmişdi.