Fələstin prezidenti Mahmud Abbas ölkə parlamentini buraxıb. Ölkədə yeni parlament seçkiləri 6 ay ərzində keçiriləcək.
“Elitinfo.az” xəbər verir ki, Prezidentin sözlərinə görə, belə qərar konstitusiya məhkəməsinin hökmünə əsasən qəbul edilib: “Biz qanunvericilik orqanının buraxılması və 6 ərzində yeni parlament seçkilərinin keçirilməsi haqqında bu məhkəmə qərarına riayət edəcəyik”.
Qeyd edək ki, Fələstin Qanunvericilik Şurası 2006-cı il 25 yanvar tarixində 4 illik müddətə seçilib. 2009-cu ilin dekabr ayında isə parlamentin mandatı Fələstinin azad edilməsinin təşkili üzrə Mərkəzi Şura tərəfindən yeni parlament seçkilərinin keçiriləcəyi tarixə qədər uzadılıb.