Dələduzluqda ittiham edilərək məhkəmə zalında qandallanan iş adamının 450 min dollarlıq dələduzluq etdiyi məlum olub. “Elitinfo.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittihamla Babayev özünü təqsirli bilməyib.
İttihamda yazılır ki, Bəxtiyar Babayev üç nəfərə qarşı ümumilikdə 450 min dollarlıq dələduzluq edib. O, həmin şəxslərə istilik sistemlərinin satışı ilə məşğul olacağını, əldə ediləcək qazancdan onlara da pul verəcəyi vədini verib. Lakin Babayev qısa bir müddətdə pul aldığı şəxslərə qazanc versə də sonradan vədinə əməl etməyib.
Zərərçəkmişlərdən Valeh Əliyevin vəkili Elçin Süleymanlı bildirib ki, təqsirləndirilən şəxs Babayev 135 min dollar aldığını iddia edir: “Babayev deyir ki, həmin pulun da 38 min dollarını qaytarıb. Amma cinayət işi materiallarında tərəflər arasında notariusda bağlanmış borc müqaviləsi var. Müqavilədə də göstərilir ki, Babayevin Valeh Əliyevə 450 min dollar borcu var. Valeh Əliyev digər iki zərərçəkmiş kimi tanınan Natiq və Sahildən pul alaraq Babayevə verib. Həmin şəxslər Valeh Əliyevin yaxınlarıdır. Onlar Babayevi Valeh Əliyev vasitəsi ilə tanıyıblar”.
Məhkəmənin növbəti iclasında şahidlər dindiriləcək. Proses dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, B.Babayev məhkəmənin hazırlıq iclasında həbs edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Məlunata görə, Bəxtiyar Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevə qarşı dələduzluq edib. O, istilik sistemlərinin satışı ilə məşğul olmaq adı ilə zərərçəkmişlərdən pul alıb. Onların etibarını qazanmaq üçün bir neçə mağaza da göstərərək özünün olduğunu, bizneslə məşğul olduğunu söyləyib. Həmin şəxslərdən iş görmək adı ilə ümumilikdə 450 min dollar alıb.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16