Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı başlayıb. “Elitinfo.az” xəbər verir ki, tədbiri Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə keçirir.
Qurultayda baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiriFərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, dövlət və hökumət nümayəndələri, deputatlar, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edirlər.
Toplantıda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubu oxunub.
Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Qeyd edək ki, qurultay Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində keçirilir.Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.
“Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşası başa çatdırılıb və istismara hazırdır”. Bunu təhsil naziri Ceyhun BayramovAzərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.
Nazir bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana kompleksləri inşa edilir, Sumqayıt və Gəncə şəhərlərində mövcud tələbə yataqxana binaları əsaslı təmir olunur və yenidən qurulur.
C.Bayramov əlavə edib ki, bu da tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.



