Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü islahatlar peşə təhsilinin rolunun əhəmiyyətli dərəcədə artırılmasına təkan verib. Peşə təhsili üzrə 136 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanıb.
“Elitinfo.az” xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bu sahənin inkişafı üzrə kompleks tədbirlər həyata keçirilib.