ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.“Elitinfo.az” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.
“ABŞ qoşunlarını çıxarmağa başlamışıq, bu kampaniyanın sonrakı mərhələsinə keçirik”, – deyə onun ABŞ-ın Suriyadakı əməliyyatlarına həsr olunmuş yazılı açıqlamasında qeyd edilib.
Məlumata görə, ABŞ müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxracağı barədə xəbərdarlıq edib.