Özünü psixolioq kimi təqdim edən Nərmin adlı bir gənc qızın səviyyəsiz və mənasız açıqlamaları  Mübarizin atasını da danışmağa vadar edib.  “Elitinfo.az xəbər verir ki, Ağakərim İbrahimov bu məsələyə ciddi yanaşmamağı tövsiyə edib və uşaqlar sevgi aşılamağın vacib olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən “psixoloq” Nərmini məhkəməyə verilib.

Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Qeyd edək ki, Nərmin kimiləri əslində tanınmaq, mövcud olduqlarını göstərmək üçün sosial şəbəkələrdə ağıllarına və ağızlarlına gələni yazırlar. Milli dəyərərimizə, milli qəhrəmanlarımıza hücum edərək, ictimaiyyətin diqqət mərkəzinə gəlməyə çalışırlar. Bəziləri bu ucuz yoldan xaricdə sığınacaq almaq üçün istifadə edirlər.