“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sportinq”in futbolçusu Abdulay Diabi zədələnib.

Elit İnformasiya Agentliyinin xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Lissabon baş məşqçisi Joze Pezeyru Portuqaliya kubokunda “Lores”lə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında bildirib. O, 27 yaşlı hücumçunun Mali millisinin düşərgəsindən zədəli qayıtdığını söyləyib. Bu səbəbdən A.Diabi kubok matçı üçün heyətə daxil edilməyib.

Qeyd edək ki, “Sportinq”də Bas Dost və Rafinya da zədəlidir.