6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.
“Elitinfo.az” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadın xəbər verir ki, dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın vurulduğunu müşahidə ediblər.
Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.
Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə təhqiqat aparılır.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16