Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
59 yaşı Xələfov 1997-ci ildən, yəni 21 ildir ki, xarici işlər nazirinin müavini vəzifəsini tuturdu.
Bu gün xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Xələf Xələfova yeni vəzifə verilib.
“Elitinfo.az” xəbər verir ki, X. Xələfov Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunub. Bu barədə baş nazir Novruz Məmmədov sərəncam imzalayıb.
Nazirlər Kabinetindən faktı təsdiqləyiblər.