Razim Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.

“Elitinfo.az” xəbər verir ki,sərəncamın mətnində bildirilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti