Nyu-Yorkun məşhur “Davidzon Radio”sunun “Karavan” verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib.
Elitinfo.az xəbər verir ki, , veriliş dünən axşam Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb.
Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.
Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi http://www.davidzonradio.com/index620.php bu link vasitəsilə dinləyə bilərlər.
Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan “Karavan” verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16