“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal”ın baş məşqçisi Unay Emeri futbolçusu Pyer-Emerik Obameyanq haqda danışıb.
Elitinfo.az xəbər verir ki, o, qabonlu hücumçunun bu mövsüm Premyer Liqanın ən yaxşı bombardiri ola biləcəyini deyib: “Obameyanq ən yaxşı bombardir olmaq üçün mübarizə aparmalıdır.Biz ona bunda kömək etmək istəyirik.Çünki Obameyanq qol vuranda komandaya xeyir verir. O, fərqlənmədiyi matçlarda belə komandasına kömək edir. Bu cür də davam etməlidir.O zaman həm fərdi,həm də kollektiv mükafatlar qazana biləcək”.