Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev Fərhad Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, dekabrın 5-də Konstutsiya Məhkəməsinin sədri Fərhad Abdullayevin 60 yaşı tamam olur.