Ötən həftə “Oğlumun kasıb qızla evlənməsini istəyirəm” sözləri ilə gündəmə gələn Seda Sayan onu tənqid edənlərə sərt cavab verib.
Elitinfo.az xəbər verir ki, sosial şəbəkədə Sedanın kasıb adamları təhqir etdiyi ilə bağlı şərhlər yazılıb.
“Oğlumun kasıb qızla evlənməsini istəməyim təhqir kimi qarşılandı. O zaman serialları da dəyişdirin. Kasıb ailədən gəldiyim üçün bunu dedim. Oğlumun da qızın ailəsinə xeyri dəysin istədim. Hələ də kasıb evdə yaşayıram. Siz kimsiniz ki, məni tənqid edirsiniz? O ki qaldı Oğulcanın kasıb qızla evlənməyinə, burada nə problem var, başa düşmədim” deyə, Seda açıqlama yayıb.